Yuxarı

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 16 nəfər təxliyə edilib

Yanğına səbəb 1 ədəd 5 litrlik propan qaz balonun alışması olub

Bakı. 14 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub. "Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat yayılıb. 

Məlumata görə, binanın 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 89 kv.m olan 3 otaqlı mənzilin sahəsi 5 kv.m olan eyvanında 1 ədəd 5 litrlik propan qaz balonun alışması nəticəsində 2 kv.m sahədə ev əşyaları yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 16 nəfər sakin təxliyə olunub. 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi