Yuxarı
    Bağlamaq

    Sumqayıtda bacısını öldürən şəxsə hökm oxunub

    Pərbiz Şahbazov 15 il müddətinə azadlıqdan məhrum edilib

    Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Pərviz Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    "Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə P.Şahbazov 15 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə Sumqayıt şəhərində baş verib. Şəhərin “Saray bağları” ərazisində yaşayan 1992-ci il təvəllüdlü Şahbazov Pərviz İsmayıl oğlu bacısı 22 yaşlı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

    P.Şahbazov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi