Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
- 02 fevral, 2019
- 05:20
Sumqayıt.2 fevral.REPORT.AZ/ Sumqayıt şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyadanın şəxsiyyəti məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Musazadə Pərviz Natiq oğlunu magistral yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır
*** 07:49
Sumqayıt.2 fevral.REPORT.AZ/ Sumqayıt şəhərində avtomobil piyadanı vuararaq öldürüb.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan və ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.