Sumqayıtda avtomobil divara çırpılıb, ölən və yaralananlar var - YENİLƏNİB

Sumqayıtda avtomobil divara çırpılıb, ölən və yaralananlar var - YENİLƏNİB Sumqayıt. 8 mart. REPORT.AZ/ Sumqayıt şəhərində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
Hadisə
8 Mart , 2019 11:53
Sumqayıtda avtomobil divara çırpılıb, ölən və yaralananlar var - YENİLƏNİB
0 : 00
0 : 00

Sumqayıt. 8 mart. REPORT.AZ/ Sumqayıt şəhərində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosunun xəbərinə görə, hadisə nəticədə 1999-cu il təvəllüdlü Bağırov Elxan Nurəli oğlu yerindəcə dünyasını dəyişib. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Avtomobildə olan digər 3 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


*** 09:12

Sumqayıt. 8 mart. REPORT.AZ/ Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

Belə ki, "Tofaş" markalı minik avtomobili yoldan çıxaraq divara çırpılıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıblar. 

Son xəbərlər

Orphus sistemi