Sumqayıtda avtomobil 61 yaşlı qadını vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıtda avtomobil 61 yaşlı qadını vuraraq öldürüb - YENİLƏNİB Sumqayıt. 28 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində naməlum avtomobil tərəfindən vurulan qadının adı məlum olub. Reportun yerli bürosu xəbər verir ki, Sumqayıt şəhər sakini, 1957-ci il təvəllüdlü Orucova Mömünə Ağacan qızı 6-cı mikrorayon ərazisində yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.
Hadisə
28 İyul , 2018 21:21
Sumqayıtda avtomobil 61 yaşlı qadını vuraraq öldürüb - YENİLƏNİB
Foto: "Report"

Sumqayıt. 28 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində naməlum avtomobil tərəfindən vurulan qadının adı məlum olub. "Report"un yerli bürosu xəbər verir ki, Sumqayıt şəhər sakini, 1957-ci il təvəllüdlü Orucova Mömünə Ağacan qızı 6-cı mikrorayon ərazisində yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, qadın orada dünyasını dəyişib.

Hadisə yerindən qaçan sürücü isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


***19:51

Sumqayıt. 28 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, şəhərin hadisə 6-cı mikrorayon ərazisində baş verib.

Belə ki, həmin ərazidə yol keçmək istəyən yaşlı qadını naməlum avtomobil vuraraq qaçıb. 

Yaralı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırlıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi