Sumqayıtda ahıl kişi intihar edib - YENİLƏNİB

Sumqayıtda ahıl kişi intihar edib - YENİLƏNİB O, yaşadığı evdə özünü asaraq öldürüb
Hadisə
21 Fevral , 2019 10:04
Sumqayıtda ahıl kişi intihar edib - YENİLƏNİB
0 : 00
0 : 00

Sumqayıt şəhərində özünü yaşadığı evdə kəndirlə asaraq intihar edən ahıl kişinin şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, şəhər sakini, 1954-cü il təvəllüdlü Fərrux Niyazəli oğlu Zeynalov yaşadığı evdə özünü kəndirlə asaraq öldürüb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birlyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 08:59

Sumqayıt. 21 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində ahıl kişi intihar edib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan ahıl kişi yaşadığı evdə kəndirlə özünü asaraq intihar edib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Əraziya baxış keçirilib və ahıl kişinin hansı səbəbdən intihar etməsi ilə bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi