Sumqayıtda 3 yaşlı uşağın ölümündə təqsirləndirilən həkimlə bağlı yenidən məhkəmə başlayıb

Sumqayıtda 3 yaşlı uşağın ölümündə təqsirləndirilən həkimlə bağlı yenidən məhkəmə başlayıb Ali Məhkəmədə Sumqayıt şəhərində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən Real Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başlayıb.
Hadisə
19 Aprel , 2019 16:51
Sumqayıtda 3 yaşlı uşağın ölümündə təqsirləndirilən həkimlə bağlı yenidən məhkəmə başlayıb

Ali Məhkəmədə Sumqayıt şəhərində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə İ.Qəmbərovun anket məlumatları və prokurorluğun kassasiya protestinin dəlilləri dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 7-nə təyin edilib.

İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Daha sonra "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İ.Qəmbərova bəraət verilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti, zərərçəkmiş isə apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin olunmayıb.

Son xəbərlər

Orphus sistemi