Sumqayıtda 3 yaşlı uşağın ölümündə təqsirləndirilən həkimin protesti üzrə məhkəmə başlayıb

Sumqayıtda 3 yaşlı uşağın ölümündə təqsirləndirilən həkimin protesti üzrə məhkəmə başlayıb Bakı. 30 aprel. REPORT.AZ/ Sumqayıtda 3 yaşlı uşağın ölümündə təqsirləndirilən Real Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun barəsində olan hökmdən prokuror tərəfindən verilən apellyasiya protesti, zərərçəkmiş tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hadisə
30 Aprel , 2018 15:22
Sumqayıtda 3 yaşlı uşağın ölümündə təqsirləndirilən həkimin protesti üzrə məhkəmə başlayıb

Bakı. 30 aprel. REPORT.AZ/ Sumqayıtda 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun barəsində olan hökmdən prokuror tərəfindən verilən apellyasiya protesti, zərərçəkmiş tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə bəraət almış İ.Qəmbərovun anket məlumatları dəqiqləşdirilib.

Daha sonra prokuror tərəfindən verilən apellyasiya protestinin dəlilləri müəyyən edilib. Prokuror birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, İ.Qəmbərovun barəsində ittihamedici hökmün çıxarılmasını tələb edib.

Eyni tələblə zərərçəkmiş tərəfin də apellyasiya şikayəti verdiyi məlum olub.

Məhkəmənin növbəti iclası mayın 11-nə təyin edilib.

İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Xatırladaq ki, İ.Qəmbərovun barəsində həbs qətimkan tədbiri seçilməmişdi. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İ.Qəmbərova bəraət verilib.

Son xəbərlər

Orphus sistemi