Sumqayıtda 10 yaşlı uşaq Samur-Abşeron kanalına düşüb

Sumqayıtda 10 yaşlı uşaq Samur-Abşeron kanalına düşüb Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə bu gün axşam saatlarında Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə naməlum şəraitdə itkin düşən 2010-cu il təvəllüdlü Davudov Yusif Bəhlul oğlunun axtarışlarının aparılmasına köməklik gös
Hadisə
2 Sentyabr , 2020 23:26
Sumqayıtda 10 yaşlı uşaq Samur-Abşeron kanalına düşüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə bu gün axşam saatlarında Sumqayıt şəhəri, "Stansiya Sumqayıt" adlanan ərazidə naməlum şəraitdə itkin düşən 2010-cu il təvəllüdlü Davudov Yusif Bəhlul oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

İlkin olaraq, Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu və polis əməkdaşlarının iştirakı ilə Y.Davudovun itkin düşdüyü ehtimal olunan ərazidə axtarış işlərinə başlanılıb. Uşağın Samur-Abşeron kanalına düşməsinə əsaslı şübhələr yarandığından Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi