Sumqayıtda yataqxanada yanğın söndürülüb - YENİLƏNİB-6

Sumqayıtda yataqxanada yanğın söndürülüb - YENİLƏNİB-6 Sumqayıt Tibb Kollecinin həyətındə yerləşən yataqxana yanğın baş verib.
Hadisə
18 Yanvar , 2024 01:00
Sumqayıtda yataqxanada yanğın söndürülüb - YENİLƏNİB-6

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə "Report"a FHN-in Mətbuat xidmətindən bildirilib.

00:58

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.

Bu barədə "Report"a FHN-in Mətbuat xidmətindən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

00:46

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib.

Bu barədə "Report"un hadisə yerində olan əməkdaşı xəbər verir.

Zərərçəkənlərə tibbi yardım göstərilib.

Qeyd edək ki, yanğınla mübarizə tədbirləri davam etdirilir. Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb. FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

Eyni zamanda yanğına əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib. Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

00:19

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb.

FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

Əlavə məlumat veriləcək.

23:52

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğına əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən bildirilib.

Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

23:47

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş verən yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib.

Bu barədə “Report”un hadisə yerində olan əməkdaşı xəbər verib.

Qeyd edək ki, əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri və təcili yardım cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

23:38

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-dən "Report"a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

23:34

Sumqayıt Tibb Kollecinin həyətində yerləşən yataqxana yanğın başlayıb.

“Report”un hadisə yerində olan əməkdaşının xəbərinə görə, əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.

Son xəbərlər

Orphus sistemi