Sumqayıtda itkin düşən gənc tapılıb

Sumqayıtda itkin düşən gənc tapılıb Avqust ayının 7-də Sumqayıt şəhərində itkin düşən nitq qüsurlu gənc tapılıb.
Hadisə
15 avqust 2023 15:39
Sumqayıtda itkin düşən gənc tapılıb

Avqust ayının 7-də Sumqayıt şəhərində itkin düşən nitq qüsurlu gənc tapılıb.

"Report"un yerli bürosu xəbər verir ki, nitq qüsurlu və eşitmə qabiliyyəti olmayan 28 yaşlı Cavidan Əliyev Sabirabad rayonunda tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Cavidan Əliyev Sumqayıt şəhər "Yaşıl dǝrǝ" yaşayış massivindəki yaşadığı evdən çıxıb və bir daha geri qayıtmamışdı.

Onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmuşdu.

Son xəbərlər

Orphus sistemi