Sumqayıt qəbiristanlığında meyiti tapılan kişinin kimliyi müəyyən edilib - YENİLƏNİB

Hadisə
  • 25 avqust, 2018
  • 08:14
Sumqayıt qəbiristanlığında meyiti tapılan kişinin kimliyi müəyyən edilib - YENİLƏNİB

Sumqayıt. 25 avqust. REPORT.AZ/ Sumqayıtda meyti tapılan kişinin kimliyi məlum olub.

"Report"un yerli bürosu məlumat verir ki, bir neçə gün bundan öncə Sumqayıt qəbiristanlığında ölən və meyiti cürümüş halda tapılan şəxsin 1973-cü il təvəllüdlü Fətullayev Qabil Kamil oğlu olduğu müəyyən edilib.

Onun ölüm səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.


*** 24 avqust, saat 22:59

Sumqayıt. 24 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində kişi meyiti tapılıb.

"Report"un yerli bürosu xəbər verir ki, adı hələki istintaqa bəlli olmayan təqribən 40-45 yaşlı kişinin meyiti Sumqayıt şəhər qəbiristanlığında aşkar edilib.

Araşdırma zamanı şəxsin bir neçə gün bundan qabaq öldüyü, hətta bədənində çürümə getdiyi də məlum olub.

Faktla bağlı araşdırma aparılır.

44 filmi