"Sumqayıt" "Kəpəz"i yenərək 3-cü pilləyə yüksəlib

"Sumqayıt" "Kəpəz"i yenərək 3-cü pilləyə yüksəlib "Kəpəz" isə 10 xalla yenə sonuncu - 8-ci pillədə qərarlaşıb
Hadisə
14 Mart , 2018 21:57
Sumqayıt Kəpəzi yenərək 3-cü pilləyə yüksəlib

Bakı. 14 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun son oyunu keçirilib.

"Report" xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" "Kəpəz"i qəbul edib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 44-cü dəqiqədə qonaq komandadan İqor Korotetski açıb. Meydan sahibləri bərabərlik qolunu 72-ci dəqiqədə vurmağa müvəffəq olub. Müdafiəçi Bəhlul Mustafazadə fərqlənib. Qələbə topunun müəllifi isə 89-cu dəqiqədə Cavid İmamverdiyev olub.

Bununla da xallarını 34-ə çatdıran "Sumqayıt" "Zirə"ni keçərək, 3-cü pilləyə yüksəlib. "Kəpəz" isə 10 xalla yenə sonuncu - 8-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi