Sumqayıtda baş verən ağır yol qəzasında iki nəfər ölüb

Hadisə
  • 29 iyun, 2016
  • 08:53
Sumqayıtda baş verən ağır yol qəzasında iki nəfər ölüb

Bakı. 29 iyun. REPORT.AZ/ Sumqayıtda baş verən ağır yol qəzasında iki nəfər ölüb. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Xəbərə görə, iyunun 26-da saat 21 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində Ramil Tahirovun idarə etdiyi “Hyundai” markalı və şəhər sakini Şəmsəddin Nəcəfovun 3 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtomobillər toqquşub. Nəticədə R.Tahirov və sərnişinlərindən Əzizə Əzimova hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib. 

44 filmi