Sabunçuda avtomobil aşıb, xəsarət alan var

Hadisə
  • 23 sentyabr, 2024
  • 00:23
Sabunçuda avtomobil aşıb, xəsarət alan var

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1994-cü il təvəllüdlü Məmmədov Fərid Eyvaz oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Hadisə zamanı xəsarət alan sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.