Sosial şəbəkələrdə görüntüləri yayılan narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

Sosial şəbəkələrdə görüntüləri yayılan narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb Murad Əsədzadənin narkotik vasitələri əldə etdiyi mənbənin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hadisə
219
4 Avqust , 2021 14:17
Sosial şəbəkələrdə görüntüləri yayılan narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

Son günlər sosial şəbəkələrdə binaların birinin blokunda narkotik vasitələrin satışını özündə əks etdirən və polis əməkdaşlarının guya bu şəxsin əməlinə göz yumması ilə bağlı bəzi şəxslər tərəfindən böhtan xarakterli məlumatlar yayılıb.

"Report" xəbər verir ki, Daxili İşlər Nazirliyi həmin görütüləri araşdırıb.

Məlum olub ki, qeyd edilən video paytaxtın Xətai rayonunda lentə alınıb. Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən video görüntülərdəki şəxs paytaxt sakini Murad Əsədzadə saxlanılıb. Bu şəxsin üzərinə baxış zamanı 10 büküm satış üçün qablaşdırılan heroin aşkar edilib.

Qeyd edək ki, araşdırma zamanı M.Əsədzadənin narkotik vasitələri yaşadığı mənzilin giriş qapısında satmaq üçün gizlətdiyi və narkotik vasitəni ondan alan şəxsin də heroini oradan götürdüyü görünür. Faktla bağlı Xətai Rayon Polis İdarəsində Murad Əsədzadə barəsində cinayət işi başlanılıb və o, tutularaq istintaqa təqdim edilib.

Murad Əsədzadənin narkotik vasitələri əldə etdiyi mənbənin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi