Son 30 ildə Ermənistanın mina terrorundan zərər çəkən azərbaycanlıların sayı açıqlanıb

Son 30 ildə Ermənistanın mina terrorundan zərər çəkən azərbaycanlıların sayı açıqlanıb "Son 30 ildə 3 336 nəfər (o cümlədən 357 uşaq və 38 qadın) minalardan zərər çəkib. 131 hadisə kasetli sursatlarla bağlı olub".
Hadisə
3 Dekabr , 2022 17:04
Son 30 ildə Ermənistanın mina terrorundan zərər çəkən azərbaycanlıların sayı açıqlanıb

"Son 30 ildə 3 336 nəfər (o cümlədən 357 uşaq və 38 qadın) minalardan zərər çəkib, 131 hadisə kasetli sursatlarla bağlı olub".

"Report"un xəbərinə görə, bu, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibinə məktubu və Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi barədə məruzəsində əksini tapıb.

Məruzədə qeyd edilib ki, Ermənistan tərəfindən minaların harada gəldi basdırılması yenə də dinc sakinlərin ölümünə və əziyyət çəkmələrinə gətirib çıxarır. Son 30 ildə 3336 nəfər (o cümlədən 357 uşaq və 38 qadın) belə minalardan zərər çəkib. 131 hadisə kasetli sursatlarla bağlı olub. 2022-ci il oktyabrın 3-nə olan məlumata görə, üçtərəfli Bəyanat imzalanandan sonra 257 hərbi qulluqçu və mülki şəxs minaya düşüb, nəticədə 44 nəfər ölüb, 213 nəfər, o cümlədən 9 uşaq, 1 qadın və 3 KİV nümayəndəsi yaralanıb.

Son xəbərlər

Orphus sistemi