Yuxarı

Somalidə dünyasını dəyişən Kamaliya İsmayılovanın cənazəsi sabah Azərbaycana gətiriləcək

Lazımi sənədlər təqdim olunub

Bakı. 31 mart. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa edilən hücum nəticəsində dünyasını dəyişən Kamaliya İsmayılovanın cənazəsinin Azərbaycana gətirilməsi üçün hazırlıqlara başlanıb. 

Bunu "Report"a dünyasını dəyişən Kamaliya İsmayılovanın həyat yoldaşı Əflatun İsmayılovun dayısı Tofiq Mikayılov bildirib. 

Onun sözlərinə görə, cənazənin Azərbaycana gətirilmasi üçün lazımi sənədlər təqdim olunub: "Bu gün günorta saatlarında Əflatun İsmayılovla danışdım. O mənə dedi ki, cənazənin Azərbaycana gətirilməsi işləri ilə məşğuldur. Bunun üçün lazım olan bütün sənədlər təqdim olunub. Sabah cənazəylə birlikdə Türkiyəyə gedəcəklər, oradan da Azərbaycana gələcəklər".

T.Mikayılov əlavə edib ki, Əflatun İsmayılov və onun ailəsi bir ildir Somalidə yaşayırdılar. Hadisə Kamaliya İsmayılova uşaqları məktəbə aparan zaman baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi