Soçidə Türkiyə, Rusiya və İran Silahlı Qüvvələri baş qərargahları rəislərinin görüşü keçirilib

Hadisə
  • 21 noyabr, 2017
  • 16:58
Soçidə Türkiyə, Rusiya və İran Silahlı Qüvvələri baş qərargahları rəislərinin görüşü keçirilib

Bakı. 21 noyabr. REPORT.AZ/ Soçidə Türkiyə, Rusiya və İran Silahlı Qüvvələri baş qərargahlarının rəislərinin görüşü keçirilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, tərəflər Suriyadakı təhlükəsizlik problemləri, terrorçu təşkilatlarla birgə mübarizə və s. məsələləri müzakirə ediblər.  

Qeyd edək ki, noyabrın 22-də Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya və bölgədəki vəziyyətlə bağlı üçtərəfli görüşü olacaq.

44 filmi