Siyəzəndə sürücü törətdiyi qəzada ağır yaralandı

Siyəzəndə sürücü törətdiyi qəzada ağır yaralandı Siyəzən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
3 Avqust , 2021 02:17
Siyəzəndə sürücü törətdiyi qəzada ağır yaralandı

Siyəzən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1967-ci il təvəllüdlü Vahidov Məhəmməd Məhəmmədəli oğlu idarə etdiyi avtomobili aşırıb.

Qəza nəticəsində yaralanan sürücü təcili tibbi yardımın köməkliyilə əvvəlcə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə aparılıb, daha sonra Bakıya gətirilib.

Müayinə zamanı ona döş qəfəsinin küt travması və sol baldırın açıq yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi