Siyəzəndə qardaşını balta ilə öldürməyə cəhd edən şəxsə hökm oxunub

Siyəzəndə qardaşını balta ilə öldürməyə cəhd edən şəxsə hökm oxunub Vüsal Əsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
8 İyun , 2017 16:07
Siyəzəndə qardaşını balta ilə öldürməyə cəhd edən şəxsə hökm oxunub

Bakı. 8 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Vüsal Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Əsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V.Əsgərov ötən il oktyabrın 21-də axşam saatlarında Siyəzəndə başqa bir şəxsə borcunu qaytarmaq üçün atasından 15 manat pul istədiyinə görə qardaşı Zəka Əsgərovla mübahisə edib. Bu zaman qardaşı Zəka onun ünvanına nalayiq söyüşlər söyüb. Hadisədən bir neçə gün sonra V.Əsgərov qardaşını öldürmək qərarına gəlib. Belə ki, oktyabrın 24-də o, gecə evə sərxoş vəziyyətdə gəlib, ailə üzvlərinin yatmasını gözləyərək, balta ilə qardaşının sifətinə zərbələr endirib. Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

V.Əsgərov da könüllü şəkildə polisə təslim olub.

O, Cinayət Məcəlləsinin 29.120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi