Yuxarı
    Bağlamaq

    Siyəzəndə piyadanı yük maşını vuraraq öldürüb - FOTO

    Hadisə Bakı-Quba yolunda baş verib

    Siyəzən. 5 noyabr. REPORT.AZ/ Axşam saatlarında Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    "Report"un Şimal bürosu məlumat verir ki, hələlik şəxsiyyəti məlum olmayan kişini TIR maşını vurub.

    Hadisə yerinə Siyəzən Regional Diaqnostika Mərkəzinin Təcili Tibbi Yardım maşını gəlsə də, zərərçəkən artıq dünyasını dəyişmiş olub.

    Qəza baş verən əraziyə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi