Siyəzəndə iki maşın toqquşub, 2 nəfər ölüb - YENİLƏNİB

Siyəzəndə iki maşın toqquşub, 2 nəfər ölüb - YENİLƏNİB Siyəzən. 20 noyabr. REPORT.AZ/ Siyəzən rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamnı ölən şəxslərin adı məlum olub.
Hadisə
20 Noyabr , 2018 04:48
Siyəzəndə iki maşın toqquşub, 2 nəfər ölüb - YENİLƏNİB

Siyəzən. 20 noyabr. REPORT.AZ/ Siyəzən rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamnı ölən şəxslərin adı məlum olub.

"Report"un Şimal bürosu xəbər verir ki, 1984-cü il təvəllüdlü Şamil Əkbər oğlu Ələkbərovun idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən qarşı tərəfdən gələn "Kamaz" markalı yük avtomobilinə çırpılıb. Nəticədə deformasiyaya uğrayan minik avtomobilində sürücü Ş.Ələkbərov və onun sərnişini Leyla Məmmədova hadisə yerində ölüblər.  Onlar meyiti deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verilib.


*** 01:23

Siyəzən. 20 noyabr. REPORT.AZ/ Siyəzən rayonunda “Kamaz” markalı yük və “Mercedes” markalı minik avtomobili toqquşub.

“Report”un Şimal bürosu xəbər verir ki, hadisə zamanı biri qadın olmaqla iki nəfər ölüb. Əraziyə Yol Patrul Xidmətinin və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb edilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Bundan əvvəl Hacıqabulda minik avtomobili yük maşını ilə toqquşub.


Son xəbərlər

Orphus sistemi