Hacıqabulda minik avtomobili yük maşınına çırpılıb

Hacıqabulda minik avtomobili yük maşınına çırpılıb Hacıqabul. 19 noyabr. REPORT.AZ/ Hacıqabul rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
19 Noyabr , 2018 23:21
Hacıqabulda minik avtomobili yük maşınına çırpılıb

Hacıqabul. 19 noyabr. REPORT.AZ/ Hacıqabul rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının rayonun Padar kəndi ərazisindən keçən hissəsində “Dodge” markalı avtomobil qarşıda gedən “KamAZ” markalı maşına çırpılıb.

Nəticədə minik avtomobilində olan Masallı rayon Türkoba kənd sakini, 1983-cü il təvəllüdlü Abdullayev Yalçın Rövşən oğlu və maşında olan sərnişin müxtəlif bədən xəsarətləri ilə müvafiq olaraq Şirvan və Kürdəmirdəki xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Bərdədə mikroavtobusla minik avtomobili toqquşub.

Son xəbərlər

Orphus sistemi