Siyəzəndə avtomobil qəzası olub, 8 nəfər yaralanıb - YENİLƏNİB - SİYAHI

Siyəzəndə avtomobil qəzası olub, 8 nəfər yaralanıb - YENİLƏNİB - SİYAHI Siyəzəndə 8 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə
21 Avqust , 2019 10:08
Siyəzəndə avtomobil qəzası olub, 8 nəfər yaralanıb - YENİLƏNİB - SİYAHI

Siyəzəndə 8 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Siyəzən Rayon Polis Şöbəsindən "Report"un Şimal bürosuna verilən məlumata görə, rayonun Eynibulaq kənd sakini, 1994-cü il təvəllüdlü Mirnağı Həşimovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Siyəzən şəhər sakini, 1978-ci il təvəllüdlü Seymur Quliyevin idarə etdiyi "Opel" markalı avtomobil toqquşub. Nəticədə, ümumilikdə,  8 nəfər xəsarət alıb. Onlar Siyəzən Regional Müalicə Dioqnostika Mərkəzinə çatdırılıblar.

Yaralılardan 6-nın xəsarəti yüngül olduğundan ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. "VAZ 2107"nin sürücüsü M.Həşimovun və sərnişininin xəsarətləri ağır olduğundan mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.


*** 09:12

Siyəzən rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun  Eynibulaq kəndi ərazisində baş verib.

Belə ki, hərkətdə olan "Opel""VAZ-2107" markalı avtomobillər toqquşub. Qəza zamanı 8 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar "təcili yardım" avtomobilləri ilə Siyəzən Regional Müalicə Dioqnostika Mərkəzinə çatdırılıblar.

Son xəbərlər

Orphus sistemi