Şirvanda yol qəzasında bir ailənin 2 üzvü xəsarət alıb

Hadisə
  • 20 sentyabr, 2021
  • 17:03
Şirvanda yol qəzasında bir ailənin 2 üzvü xəsarət alıb

Şirvanda yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, minik avtomobili Sabirabad rayon sakinləri - 1986-cı il təvəllüdlü Mirzəyeva Ülviyyə Nəsirağa qızı və qızı, 2006-cı il təvəllüdlü Mirzəyeva Gülgəz Elçin qızını vurub. Müxtəlif dərəcəli xəsarətlər alan ana və qızı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.