Şirvanda qadın özünü asaraq intihara cəhd edib

Şirvanda qadın özünü asaraq intihara cəhd edib Şirvan. 29 yanvar. REPORT.AZ/ Şirvan şəhərində intihara cəhd hadisəsi baş verib.
Hadisə
29 Yanvar , 2019 22:59
Şirvanda qadın özünü asaraq intihara cəhd edib

Şirvan. 29 yanvar. REPORT.AZ/ Şirvan şəhərində intihara cəhd hadisəsi baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, 1973-cü il təvəllüdlü yerli sakin İsgəndərli Məlahət Səfayət qızı özünü asaraq intihara cəhd edib.

Yaxınları tərəfindən xilas edilən qadın Şirvan Mərkəzi Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Asfeksiya diaqnozu qoyulan qadın hazırda komatoz vəziyyətdə süni nəfəs aparatına qoşulub. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi