Şirvanda Kür çayı sahilində qadın meyiti tapılıb - YENİLƏNİB

Şirvanda Kür çayı sahilində qadın meyiti tapılıb - YENİLƏNİB Kür çayının Şirvan şəhərinin Çılpaqlı qəsəbəsi ərazisindən keçən hissəində yerli sakinlər tərəfindən meyiti aşkar olunan gənc qadının şəxsiyyəti məlum olub.
Hadisə
25 İyun , 2019 19:24
Şirvanda Kür çayı sahilində qadın meyiti tapılıb - YENİLƏNİB

 Kür çayının Şirvan şəhərinin Çılpaqlı qəsəbəsi ərazisindən keçən hissəində yerli sakinlər tərəfindən meyiti aşkar olunan gənc qadının şəxsiyyəti məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, araşdırmalar zamanı onun Şirvan şəhər sakini, 1994-cü il təvəllüdlü Fidan Məmmədağa qızı Bayramova olduğu müəyyən edilib. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 18:36

Kür çayında gənc qadının meyiti tapılıb. 

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəində baş verib. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan gənc qızın meyitini ətrafdakılar görüb və hadisə ilə bağlı polis şöbəsinə məlumat veriblər. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.  

Son xəbərlər

Orphus sistemi