Şirvanda fərdi yaşayış evində yanğın olub - VİDEO - YENİLƏNİB

Şirvanda fərdi yaşayış evində yanğın olub - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
8 Fevral , 2019 23:54
Şirvanda fərdi yaşayış evində yanğın olub - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


***20:54

Şirvan. 8 fevral. REPORT.AZ/ Şirvan şəhərində fərdi yaşayış evində yanğın olub.

"Report"un Mil-Muğan bürosu xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsi, 62 ünvanında qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Qədirov Zaur Əzizxan oğluna məxsus 96 kv. metrlik evin 80 kv. metri yanıb.

Yanğının söndürülməsinə yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın lokallaşdırılıb. Yanğın zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan Z.Qədirov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi