Şirvanda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Şirvanda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2 Oktyabr , 2024 00:11
Şirvanda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Şirvanda yol-nəqliyyat hadisəsi nəticəsində ölən piyadanın şəxsiyyəti məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, bu, Hacıqabul sakini, 1949-cu il təvəllüdlü Babayev Əlimədət Nuru oğludur.

Qeyd edək ki, hadisə şəhərin Naxçıvan küçəsində qeydə alınıb. Ə.Babayev yolu keçərkən avtomobil onu vuraraq xəsarət yetirib.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin onun öldüyü məlum olub.

Faktla bağlı araşdrma aparılır.

01.10.2024.22:28

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Naxçıvan küçəsində qeydə alınıb.

İlkin məlumata görə, təxminən 65-70 yaşlı, şəxsiyyəti hələ məlum olmayan kişi yolu keçərkən avtomobil onu vuraraq xəsarət yetirib.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin onun öldüyü məlum olub.

Hazırda onun şəxsiyyətinin dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi