Şirvan sakininin üzərində narkotik və civə aşkarlanıb

Şirvan sakininin üzərində narkotik və civə aşkarlanıb Şirvan sakinin üzərindən narkotik və civə aşkarlanıb.
Hadisə
12 Yanvar , 2022 10:10
Şirvan sakininin üzərində narkotik və civə aşkarlanıb
Anar Əkbərov

Şirvan sakininin üzərində narkotik və civə aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Anar Əkbərov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı çantasından narkotik maddə olan heroin və tiryək aşkar edilib.

Axtarış tədbirlərinin davam etdirilməsi nəticəsində onun üzərindən qablaşdırılmış formada saxladığı ümumi çəkisi 940,80 qram olan civə aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi