Tovuz rayon sakini Eldəniz Cəfərovun qatar vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, dekabrın 8-i saat 23 radələrində, 1999-cu il təvəllüdlü Tovuz rayon sakini Eldəniz Cəfərovun Böyükkəsik-Bakı dəmir yolunun Tovuz rayonu, Qovlar şəhəri ərazisindən keçən hissəsində qatar vurması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.