Sevgilisini öldürüb intihara cəhd edən azərbaycanlı 10 illik həbs cəzasına məhkum edilib

Sevgilisini öldürüb intihara cəhd edən azərbaycanlı 10 illik həbs cəzasına məhkum edilib Xabarovsk Mərkəz Rayon Məhkəməsinin 26 yaşlı azərbaycanlıyla bağlı hökmü qüvvəyə minib
Hadisə
30 Mart , 2017 12:23
Sevgilisini öldürüb intihara cəhd edən azərbaycanlı 10 illik həbs cəzasına məhkum edilib

Bakı. 30 mart. REPORT.AZ/ Xabarovsk Mərkəz Rayon Məhkəməsinin 26 yaşlı azərbaycanlı Rüstəm Sultanov ilə bağlı hökmü qüvvəyə minib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, məhkəmə üç il əvvəl Xabarovska pul qazanmaq məqsədilə gələrkən tanış olduğu sevgilisi Vera Sazonovanı qətlə yetirdiyinə görə, R.Sultanovu cəzasını ciddi rejimli cazaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edib.

İstintaq məlumatına görə, 2016-cı ilin iyul ayında R.Sultanov mərhumu mənzilində boğaraq öldürüb. Buna səbəb V.Sazonovanın abort elətdirdiyini və artıq başqa kişi ilə yaşadığını deməsi səbəb olub. Qadını öldürdükdən sonra R.Sultanov sinəsinə bıçaqla zərbələr vuraraq intihara cəhd edib.

Məhkəmədə R.Sultanov təqsirini etiraf edib.

Son xəbərlər

Orphus sistemi