Yuxarı

​Şərurlu İsfəndiyar tanınmış şirkəti məhkəməyə verib

İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq

Bakı. 11 aprel. REPORT.AZ/ Tanınmış iş adamı İsfəndiyar Axundov “Hom Paş Prestij” MTK şirkətini məhkəməyə verib.

“Report”un məlumatına görə, Şərurlu İsfəndiyar mənzillərin və mağazaların ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələb irəli sürüb.

Xətai Rayon Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan MTK apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundov Bakıda çoxmərtəbəli bina tikintisi ilə məşğul olur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi