“Şərur” MTK-nın çoxmərtəbəli binalarında su verilişi ilə bağlı problem yaranıb

“Şərur” MTK-nın çoxmərtəbəli binalarında su verilişi ilə bağlı problem yaranıb Bakı. 13 fevral. REPORT.AZ/ Bakının Xətai rayonunda yerləşən “Şərur” MTK tərəfindən tikilmiş çoxmərtəbəli binalarda su verilişi ilə bağlı problem yaranıb.
Hadisə
13 Fevral , 2018 10:30
“Şərur” MTK-nın çoxmərtəbəli binalarında su verilişi ilə bağlı problem yaranıb

Bakı. 13 fevral. REPORT.AZ/ Bakının Xətai rayonunda yerləşən “Şərur” MTK tərəfindən tikilmiş çoxmərtəbəli binalarda su verilişi ilə bağlı problem yaranıb.

Sakinlərin “Report”a verdiyi məlumata görə, MTK-nın Xudu Məmmədov küçəsində yerləşən yeni tikililərində su nasoslarının sıradan çıxması səbəbi ilə 1 həftədir su verilişi dayandırılıb.

“Azərsu” ASC-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, həmin əraziyə suyun verilişində fasilə yaranmayıb, problem MTK ərazisində quraşdırılmış su nasoslarından qaynaqlanır.

"Şərur" MTK-nın sədri, iş adamı İsfəndiyar Axundov isə məsuliyyəti şirkətinin üzərindən atıb. İ.Axundov “Report”a bildirib ki, binadakı su təminatını həyata keçirmək öhdəliyi onun şirkətinin üzərində deyil.

"Şərur" MTK-nın sədri İsfəndiyar Axundov

Son xəbərlər

Orphus sistemi