Sərhəddən 6 700 dollar qanunsuz valyuta keçirilməsinin qarşısı alınıb

Sərhəddən 6 700 dollar qanunsuz valyuta keçirilməsinin qarşısı alınıb Faktla əlaqədar Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır
Hadisə
8 Fevral , 2016 15:57
Sərhəddən 6 700 dollar qanunsuz valyuta keçirilməsinin qarşısı alınıb

Bakı. 8 fevral. REPORT.AZ/ Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanı Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə keçirməyə cəhdin qarşısını alıblar. Bu barədə "Report"a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Gəncə - Sankt-Peterburq aviareysi ilə getmək üçün Gəncə Beynəlxalq Hava Limanına gələn Rusiya Federasiyasının vətəndaşı Susən İsmayılova gömrük nəzarətindən keçərkən üzərində olan xarici valyutanı nə yazılı, nə də şifahi şəkildə bəyan edib.

S.İsmayılovanın hərəkətləri şübhə doğurduğu üçün gömrük əməkdaşları tərəfindən saxlanılaraq onun əl çantası yoxlanılıb, eləcə də üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı S.İsmayılovaya məxsus əl çantasının içərisindəki şəxsi əşyaların arasından, onun əvvəlcədən gömrük nəzarətinə təqdim etmədiyi 67 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla, cəmi 6 700 ABŞ dolları aşkar olunub.

Faktla əlaqədar Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi