Şeremetyevo aeroportu Azərbaycan təyyarəsi ilə bağlı insidentdən sonra işini tam bərpa edib

Şeremetyevo aeroportu Azərbaycan təyyarəsi ilə bağlı insidentdən sonra işini tam bərpa edib Bakı. 27 fevral. REPORT.AZ/ Moskvanın Şeremetyevo hava limanının ikinci zolağı Azərbaycandan gələn təyyarənin üzləşdiyi insidentdən sonra öz işini bərpa edib.
Hadisə
27 Fevral , 2019 08:38
Şeremetyevo aeroportu Azərbaycan təyyarəsi ilə bağlı insidentdən sonra işini tam bərpa edib

Bakı. 27 fevral. REPORT.AZ/ Moskvanın Şeremetyevo hava limanının ikinci zolağı Azərbaycandan gələn təyyarənin üzləşdiyi insidentdən sonra öz işini bərpa edib.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, aeroport rəhbərliyi hadisə ilə bağlı 15 reysi ləğv etmək və 30-dan çox reysin vaxtına düzəliş etmək məcburiyyətində qalıb.

Məlumata görə, Azərbaycandan gələn biznes sinfli "Jet Air Group" tipli təyyarənin uçuş-eniş zolağından çıxmasından sonra, hava limanının ikinci uçuş-eniş zolağının işi müvəqqəti olaraq dayandırılıb.

Moskva Regionlararası Nəqliyyat Prokurorluğunun məlumatına görə, təyyarə zolaqdan 50 metr kənara çıxıb. Hava gəmisində 3 sərnişin və 3 heyət üzvü olub. Zərər çəkən olmayıb. Faktla bağlı araşdırmalara başlanıb. Aeroport isə hazırda ştat rejimində fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi