Azərbaycana məxsus təyyarənin Rusiya aeroportunda zolaqdan kənara çıxması ilə bağlı cinayət işi açılıb

Azərbaycana məxsus təyyarənin Rusiya aeroportunda zolaqdan kənara çıxması ilə bağlı cinayət işi açılıb Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycana məxsus təyyarənin Rusiya aeroportunda zolaqdan kənara çıxması ilə bağlı qonşu ölkədə cinayət işi açılıb.
İnfrastruktur
26 Fevral , 2019 17:54
Azərbaycana məxsus təyyarənin Rusiya aeroportunda zolaqdan kənara çıxması ilə bağlı cinayət işi açılıb

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycana məxsus təyyarənin Rusiya aeroportunda zolaqdan kənara çıxması ilə bağlı qonşu ölkədə cinayət işi açılıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Moskva Regionlararası İstintaq İdarəsinin nəqliyyat üzrə baş köməkçisi Larisa Markovets bildirib.

Onun sözlərinə görə, qəza baş verməsinə təhlükəsizlik qaydalarının pozulmasının səbəb olduğu ehtimal edilir. 

"İstintaq qrupu hadisə yerinə gedib, hadisənin səbəbləri araşdırılır. İstintaqın gedişində təyyarənin texniki vəziyyəti diqqətlə yoxlanılacaq, ekipajın və yer xidmətlərinin hərəkətlərinə qiymət veriləcək", - deyə o əlavə edib. 

Xatırladaq ki, “Gulfstream” markalı təyyarə bu gün saat 13:00-da Bakı-Moskva aviareysi üzrə xüsusi uçuş həyata keçirib.

Son xəbərlər

Orphus sistemi