Şəmkirə güclü dolu yağıb, meyvə ağaclarına və təsərrüfata zərər dəyib 

Şəmkirə güclü dolu yağıb, meyvə ağaclarına və təsərrüfata zərər dəyib  Şəmkir şəhərinə və bir neçə kəndinə dolu düşüb.
Hadisə
11 may 2023 14:24
Şəmkirə güclü dolu yağıb, meyvə ağaclarına və təsərrüfata zərər dəyib 

Mayın 11-də Şəmkir rayonunun mərkəzinə, Zəyəm, Zəyəm Cırdaxan, Şiştəpə, Dəllər və digər yaxın kəndlərə güclü dolu leysan xarakterli yağış yağıb.

"Report"un Qərb bürosunun məlumatına görə, dolu meyvə ağaclarına, təsərrüfata zərər vurub.

Bundan başqa, avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.

Hazırda ərazidə yağıntılı hava şəraiti davam edir.



Son xəbərlər

Orphus sistemi