Şəmkirdə zəncirvari yol qəzası olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Şəmkirdə zəncirvari yol qəzası olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
1 Avqust , 2019 17:18
Şəmkirdə zəncirvari yol qəzası olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə zamanı rayon sakinləri - 1989-cu il təvəllüdlü Elgün Qabil oğlu Gözəlov və 1994-cü il təvəllüdlü Cəfərzadə Cəfər Əbülfət oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.


*** 16:09

Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 2 VAZ və 1 "Prado" markalı avtomobillər idarəetmədən çıxaraq toqquşub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Qəza nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi