​Şəmkirdə su anbarında balıq tutarkən boğulmuş şəxsin meyiti tapılıb

​Şəmkirdə su anbarında balıq tutarkən boğulmuş şəxsin meyiti tapılıb Çingiz Qədimovun cəsədi aidiyyəti üzrə təhvil verilib
Hadisə
3 İyul , 2016 17:49
​Şəmkirdə su anbarında balıq tutarkən boğulmuş şəxsin meyiti tapılıb

Bakı. 3 iyul. REPORT.AZ/ Şəmkir rayonu, Yenikənd kənd ərazisində yerləşən su anbarında boğulma hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 1956-cı il təvəllüdlü Qədimov Çingiz İbad oğlu anbarda balıq tutarkən suda batıb.

Onun cəsədi bu gün 16:15 radələrində batdığı yerdən 50 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi