Şəmkirdə silahdan atəş açılıb, xəsarət alan var

Şəmkirdə silahdan atəş açılıb, xəsarət alan var Şəmkirdə silahdan atəş açılıb, xəsarət alan var.
Hadisə
21 Mart , 2022 11:53
Şəmkirdə silahdan atəş açılıb, xəsarət alan var

Şəmkirdə silahdan atəş açılıb, xəsarət alan var.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə martın 19-da Əliyaqublu kəndi ərazisində bir nəfərin xuliqanlıq zəminində odlu silahdan atəş açaraq rayon sakini X.Süleymanovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini Y.Məhərrəmov saxlanılıb, ondan “İJ” markalı ov tüfəngi götürülüb.

Son xəbərlər

Orphus sistemi