Gədəbəy rayon poliklinikasının sabiq baş həkimi avtomobil qəzasında dünyasını dəyişib - YENİLƏNİB

Gədəbəy rayon poliklinikasının sabiq baş həkimi avtomobil qəzasında dünyasını dəyişib - YENİLƏNİB Hadisə rayonun Qazımalılar kəndinə baş verib
Hadisə
9 Avqust , 2017 01:06
Gədəbəy rayon poliklinikasının sabiq baş həkimi avtomobil qəzasında dünyasını dəyişib - YENİLƏNİB

Bakı. 9 avqust. REPORT.AZ/ Baş verən ağır yol qəzasında yaralananların adları açıqlanıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, yaralanan şəxslər aşağıdakılardır: 

Gədəbəy rayon Poladlı kənd sakini, 1985-ci il təvəllüdlü Şirinov Rauf Zahid oğlu

Şəmkir rayon sakini, 1982-ci il təvəllüdlü, Əsgərzadə Samir Füzuli oğlu,

Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Əliyev Rizvan Ərzuman oğlu,

Şəmkir rayon sakini, 1984-cu il təvəllüdlü Həsənov Ceyhun Cavad oğlu.

Qəza zamanı həlak olan Zahid Şirinov Gədəbəy rayon poliklinikasının sabiq baş həkimi olub. 


***00:34

Bakı. 9 avqust. REPORT.AZ/ Şəmkirdə ağır avtomobil qəzası baş verib. Ölən və yaralananlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qazımalılar kəndinə baş verib. "Mercedes Benz" markalı avtomobil "Niva" markalı avtomobillə toqquşması nəticəsində "Niva" da olan sərnişin 1955-ci il təvəllüdlü Zahid Şirinov aldığı xəsarətdən dünyasını dəyişib. Məlumata görə, qəzada daha 4 nəfərdə xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi