DİN Şəmkirdə özünə xəsarət yetirib ölən şəxslə bağlı məlumat yayıb

DİN Şəmkirdə özünə xəsarət yetirib ölən şəxslə bağlı məlumat yayıb Şəmkir rayonunda 54 yaşlı kişi özünə xəsarət yetirib.
Hadisə
8 May , 2022 00:30
DİN Şəmkirdə özünə xəsarət yetirib ölən şəxslə bağlı məlumat yayıb

May ayının 7-də saat 17:50 radələrində Şəmkir rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək tanışı Arzu Cabbarov tərəfindən onu təhqir olunaraq döydüyünü bildirib və kömək istəyib.

Bu barədə "Report"un Qərb bürosuna Daxili İşlər Nazirliyinin Regional Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, müraciətlə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrkən həmin qadın ilə A. Cabbarovun mübahisəni davam etdirklərini gördükdə vətəndaş A. Cabbarov ilə profilaktiki söhbətlər apararaq onu sakitləşdirməyə çalışıb.

Lakin A. Cabbarov öz aqressiv hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmayaraq evin qapısındakı pəncərənin şüşəsini sındıraraq həmin şüşə ilə sol qolunun dirsək bükümünü kəsib. Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərərək Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Arzu Cabbarov dərhal əməliyyat edilsə də, əməliyyatdan az sonra vəfat edib. Hazırda fakt Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun diqqətindədir, araşdırmalar davam etdirilir

2022-05-07 22:50:

Şəmkirdə özünə xəsarət yetirən şəxs xəstəxanada dünyasını dəyişib.

“Report”un Qərb bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq qolun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanya yerləşdirilən 1968-ci il təvəllüdlü A. Cabbarovun həyatını xilas etmək mümkün olmayıb.

Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

22:43

Şəmkir rayonunda 54 yaşlı kişi özünə xəsarət yetirib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir şəhər ərazisində qeydə alınıb.

Rayon sakini, 1968-ci il təvəllüdlü A.Cabbarov kəsici alətlə qol nahiyəsindən özünə ağır dərəcədə xəsarət yetirib.

O ağır vəziyyətdə xəstəxanaya yerləşdirilərək əməliyyat otağına aparılıb.

Hadisənin səbəbləri hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi