Şəmkirdə avtoqəzada xəsarət alan sərxoş sürücü xəstəxanada ölüb

Şəmkirdə avtoqəzada xəsarət alan sərxoş sürücü xəstəxanada ölüb Faktla bağlı cinayət işi açılıb
Hadisə
9 Dekabr , 2016 15:10
Şəmkirdə avtoqəzada xəsarət alan sərxoş sürücü xəstəxanada ölüb

Şəmkir. 9 dekabr. REPORT.AZ/ Şəmkir rayonunda avtoqəzada xəsarət alan sərxoş sürücü xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Posanlı kənd sakin, 1969-cu il təvəllüdlü  Eynar Ələddin oğlu İsmayılov sərxoş halda idarə etdiyi "VAZ" markalı avtomobillə hərəkət olarkən idaəetməni itirib və beton maneəyə çırpılıb.

Nəticədə E.İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan bildirilib ki, E.İsmayılov həkimlərin madxilələrinə baxmayaraq xəstəxanada ölüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi