Yuxarı

Şəmkirdə avtomobil qəzası baş verib, ər və arvad ağır yaralanıb

​Faktla bağlı araşdırmalara başlanılıb.

Şəmkir 25 avqust. REPORT.AZ / Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1958-ci il təvəllüdlü Natiq Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən "Hundai" markalı avtomobillə toqquşub. Zərbənin gücündən hər iki avtomobil deformasiyaya uğrayıb. Nəticədə "VAZ-2107"nin sürücüsü və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Günel Məmmədova ağır bədən xəsarətləri alıblar. Yaralılar şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan bildirilib ki, hər iki yaralının vəziyyəti orta ağır olaraq qalır.

Avtoqəzanın dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi