Şəmkirdə 22 yaşlı gənc bıçaq xəsarəti alıb

Hadisə
  • 04 aprel, 2023
  • 19:09
Şəmkirdə 22 yaşlı gənc bıçaq xəsarəti alıb

Şəmkir rayonunda 22 yaşlı yerli sakin qadınla mübahisə zamanı bıçaq xəsarəti alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1991-ci il təvəllüdlü Q.Abdullayev qadınla mübahisə zamanı bıçaqlanıb.

O, xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.