Şəmkir sakini odlu silahdan atəş açaraq intihar edib

Şəmkir sakini odlu silahdan atəş açaraq intihar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
6 İyun , 2016 11:12
Şəmkir sakini odlu silahdan atəş açaraq intihar edib

Bakı. 6 iyun. REPORT.AZ/ Şəmkir sakini intihar edib.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, iyunun 5-də Şəmkir rayonunun Sabirkənd kəndində yaşayan Elmar Heydərov evində tüfəngdən atəş açaraq özünü öldürüb.

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi