Bakı. 4 yanvar. REPORT.AZ/ Şəmkirdə həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb.
"Report" xəbər verir ki, yanvarın 3-də Şəmkir rayonunun Seyfəli kəndində kənd sakini İlkin Məmmədov münaqişə zəminində həmkəndlisi Elmir Mehdizadəyə bıçaqla xəsarət yetirib.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.