Şəmkirdə avtomobillə vurulan piyada xəstəxanada ölüb

Şəmkirdə avtomobillə vurulan piyada xəstəxanada ölüb Şəmkir rayonunda ölümlə nəricələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
16 Yanvar , 2021 13:11
Şəmkirdə avtomobillə vurulan piyada xəstəxanada ölüb

Şəmkir rayonunda ölümlə nəricələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə yanvarın 15-də saat 19 radələrində rayonun Seyfəli kəndi ərazisində qeydə alınıb.

Çinarlı qəsəbə sakini V.Teymurov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Aşağı Seyfəli kənd sakini N.Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi